Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov superturnirdə iştirak edəcək

Şəhriyar Məmmədyarov superturnirdə iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov martın 2-dən 5-dək Moskvada Rus İmpressionizmi Muzeyində Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək.

Yarışmada, həmçinin Vladimir Kramnik, Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karyakin, Yan Nepomnyaşiy, Daniil Dubov, Hikaru Nakamura, Vişvanatan Anand və Boris Gelfand iştirak edəcəklər.

Superturnirin açılışı martın 1-də olacaq. Martın 2-dən 4-dək keçiriləcək rapid və martın 5-dəki blits üzrə turnirlərə seçmə start partiyalarının yekunlarına görə daha dörd iştirakçı əlavə olunacaq.

Moskva yarışması Ş.Məmmədyarov üçün dünya şahmat tacına iddiaçıların Berlin turniri ərəfəsində sonuncu sınaq olacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …