Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov qalib oldu

Şəhriyar Məmmədyarov qalib oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub.

Belə ki, 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla “sülh”ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.

Həmçinin oxuyun

Britaniyanı Tokio-2020-də təmsil edən azərbaycanlı əkiz bacılar – Şəkillər

Tokioda keçirilən Yay Olimpiya Oyunlarında başqa ölkələrinin bayrağı altında çıxış edən daha iki soydaşımız var. …