Şənbə , İyul 31 2021
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə iştirak edəcək

Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə iştirak edəcək

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn turnirə dəvət alıb.

35 yaşlı qrossmeyster Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkil edəcəyi beynəlxalq çempionatda qüvvəsini sınayacaq.

Məmmədyarovla yanaşı, turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Pentala Xarikrişna (Hindistan), Ceffri Syun (ABŞ), Bassem Amin (Misir) və Saleh Salem (BƏƏ) də iştirak edəcəklər.

Mükafat fondu 10000 ABŞ dolları olan turnir 12-13 iyunda keçiriləcək. Ən güclü şahmat turnirlərindən hesab olunan yarış 2 dövrədən ibarət olacaq.
(Report.az)

Həmçinin oxuyun

Bu gün Azərbaycan və Ermənistan boksçuları qarşılaşacaq – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq. Boksçu Cavid Çələbiyev 1/8 …