Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov: “Liderlər arasında olmaq çox maraqlıdır”

Şəhriyar Məmmədyarov: “Liderlər arasında olmaq çox maraqlıdır”

İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir.
Bunu Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” festivalında vahid liderə çevrilən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.
VI turda qara fiqurlarla hindistanlı Adhiban Başkaranı yenən Məmmədyarov növbəti görüşlərdə də bu qaydada davam etməyə çalışacağını bildirib. O, 6 turdan sonra liderliyə yüksəlməsini belə dəyərləndirib:
“Liderlər arasında olmaq çox maraqlıdır. Növbəti görüşlərin də maraqlı keçəcəyini gözləyirəm. Özümdən asılı olan hər şeyi edəcəyəm”.
Qeyd edək ki, bu gün keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Hazırda Məmmədyarovun 4,5 xalı var.(Oxu.Az )

Həmçinin oxuyun

Yaponların əksəriyyəti Tokio Olimpiadasının ləğvini dəstəkləyir

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək …