Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov heç-heçə etdi

Şəhriyar Məmmədyarov heç-heçə etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirib.

Belə ki, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə təşkil olunan yarışın ikinci turunda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Qarşılaşma 37-ci gedişdə heç-heçə yekunlaşıb.

Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli Soya məğlub olub.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Həmçinin oxuyun

UEFA Avropa Liqasının qalibi bəlli olub

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub. Turnirin final oyununda Şotlandiya “Reyncers”ini məğlub edən …