Bazar , Oktyabr 25 2020
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov dünya çempionatında iştirak edəcək

Şəhriyar Məmmədyarov dünya çempionatında iştirak edəcək

Bu il dekabrın 25-dən 30-dək Rusiyanın paytaxtı Moskva şəhərində rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

Dünya çempionatında 250-dən çox şahmatçı iştirak edəcək. Ölkəmizi turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək.

Dünya çempionu olmaq uğrunda yarışlara qatılanlar arasında Maqnus Karlsen, Maksim Vaşye-Laqrav, Aniş Giri, Hikaru Nakamura və Vladimir Kramnik da var. Azvision.az

Həmçinin oxuyun

“Mançester Yunayted” 48 illik antirekordunu təkrarladı

İngiltərə Premyer Liqasının VI turunda “Çelsi” ilə ev oyunundakı qolsuz heç-heçə “Mançester Yunayted” üçün xoşagəlməz …