Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / İdman / Şəhriyar Karlsenə uduzdu

Şəhriyar Karlsenə uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində 3-cü tur oyununa çıxıb.

Qrossmeyster  norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Matçın ilk üç partiyasında millimizin üzvü uduzduğu üçün  4-cü partiyaya ehtiyac olmatıb.

Ş.Məmmədyarov 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub. 

Həmçinin oxuyun

Taekvondoçularımız son 17 ilin rekordunu vurdu – FOTO

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb. Taekvondo Federasiyasından verilən məlumata görə, …