Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Rusiyada 17 ildən sonra stadionlarda spirtli içkilər satılacaq

Rusiyada 17 ildən sonra stadionlarda spirtli içkilər satılacaq

Futbol üzrə Rusiya Premyer Liqasının sonuncu – XXX turunun “Dinamo” (Moskva) – “Soçi” oyununda spirtli içkilər satılacaq.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, hakimiyyət eksperiment olaraq bu il dekabrın 31-dək idman obyektlərində tərkibində etil spirtinin dərəcəsi 16,5%-dən az olan içkilərin satışına icazə verib.

Bununla da 2005-ci ildə ölkə ərazisindəki stadionlarda spirtli içkilərin satışına qoyulmuş qadağa ləğv olunacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …