Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / Rüfət Almaniyada qol vurdu, amma komandası uduzdu

Rüfət Almaniyada qol vurdu, amma komandası uduzdu

Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun da çıxış etdiyi “Şalke”nin ikinci komandası səfərdə Düsseldorf “Fortuna”sının ikinci komandası ilə qarşılaşıb. “Şalke-2” bu oyunda darmadağınla məğlub olub– 1:5.

Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 59-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.

Qeyd edək ki, “Şalke 2” turnir cədvəlində 13-cü pillədə qərarlaşır. 

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …