Ana səhifə / İdman / “Rövnəq Abdullayev özü təsdiqlədi” – Qurban Qurbanov
????????????????????????????????????

“Rövnəq Abdullayev özü təsdiqlədi” – Qurban Qurbanov

“Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.  “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

– İcraiyyə Komitəsinin qərarları necə şərh edərdiniz?

– Dəfələrlə demişəm ki, komandaların sayı çoxalsın və bunun tərəfdarıyam. Bu gün də öz fikrimi bildirdim, təkliflərimi dedim. Əfsuslar olsun ki, bəzən bizdən asılı olmayan nüanslar var. Açıq danışsaq, bu gün 5 klubu AFFA maliyyələşdirir. Hətta əvvəlki illəri – “Bakı”nı, “Xəzər Lənkəran”ı, Hafiz Məmmədovu, Mübariz Mənsimovu, Beynəlxalq Bankı, bu klubların keçdikləri yolu yada saldıq, müzakirə etdik. İndisə 5 klubun bir sponsoru var ki, bu da AFFA-dı. Hamı başa düşür ki, klubların sayı mütləq çoxalmalıdı. Ancaq güc hələ ki, yoxdu. Bu müzakirə olundu və 8 komandanın qalması qərara alındı. Yenə də tərəfdarıyam ki, komandaların sayı mütləq şəkildə çoxalsın. Hətta keyfiyyətin qalxması da müzakirə olundu. Ola bilər ki, say daha az olsun, ancaq keyfiyyət baxımından daha yaxşı klublar yaransın, güclü legionerlər gəlsin. Meydança məsələsi ciddi müzakirə olundu. “Keşlə”, “Zirə”, “Sumqayıt”ın qazonu dəyişdiriləcək. Maliyyənin bir hissəsini ora ayıracaqlar, çünki bütün futbolçuların təbii ot örtüyündə oynaması çox vacibdi. Zədələrin azalması, futbolçuların ustalıq səviyyələrinin artması üçün təbii ot olan meydançalara böyük ehtiyac var.

– Ot örtüyünü dəyişəcək şirkətin hansı olacağı haqda məlumat verildimi?

– Yox. Rövnəq Abdullayev şəxsən özü təsdiqlədi ki, süni ot olan həmin meydançalar dəyişdirilsin.

– İldən-ilə bölgə təmsilçilərinin sayı azalır. Bu gün də belə söhbət oldu ki, “Kəpəz” gedir, “Sabah” gəlir. Qərb yenidən futbolsuz qalır. Bakıda nə qədər futbolçu var ki, sabah onlardan yığmaya oyunçu götürəsən? Ən qlobal problem budu…

– Çox düzgün toxundunuz. Bu məsələ də müzakirə olundu. Dəfələrlə söhbətimiz olmuşdu ki, elitanı tərk edən komanda yoxdu. Hamımız bilirik ki, Gəncə həmişə ən futbolçu yetişdirən bölgə olub. İdman prinsipləri nəzərdə tutuldu. “Kəpəz” sonuncu yeri tutub və əsasnaməyə görə I Diviziona düşməlidi. İdman prinsiplərinə görə 1-ci yeri tutan komandanın gəlməsi müzakirə olundu.  Ancaq tələb etdiyimiz sənədləşdirmədə problem varsa, tam üzərinə gedə bilmərik. Ötən il demişdim ki, idman prinsiplərinə uyğun olaraq sonuncu yeri tutan komanda I Diviziona getsin, ordan bir komanda gəlsin. Ancaq SOCAR-ın maliyyələşdirilməsiylə bağlı problem olduğuna görə komanda kənarda qalmlşdı. Ancaq demişdilər ki, gələcəkdə nəzərdə tutulacaq. Müzakirə olundu ki, Gəncəyə yenə diqqət ayrılacaq. “Kəpəz” Premyer Liqadan kənarda qalarsa, bu, o demək deyil ki, həmin bölgə yaddan çıxarılacaq. Mənim üçün Gəncədə oynamaq həmişə xoşdu. Çünki oyunlara 10-15 min azarkeş gəlir. Üstəlik, meydanın örtüyü də düzəlmişdi, normal futbol oynayırdıq.

– Əvvəla, sizə minnətdarıq ki, İcraiyyə Komitəsinin üzvlərindən yalnız siz jurnalistlərə açıqlama verməkdən çəkinmədiniz. Bu lisenziyalaşma məsələsini “Domokl qılıncı” kimi hamının başı üzərinə qoyublar. Lisenziya şərltərinə kim, necə əməl etməsini, kimin nələrə əməl edə bilməməsi açıq şəkildə ortaya qoyulacaqmı? “Xəzər” adını çəkməyə peşman oluruq, çünki deyirlər ki, orda dostlarınız işləyir… 

– Əlbəttə, bunun fərqi yoxdu.

– “Xəzər” bölgəni təmsil etməyə hazır olduğunu, bank təminatı da verdiyini açıqlayıb. Ən əsası, SOCAR-ın pulunu xəclərimir, özlərinin maddi imkanları hesabına klubu yaşadırlar. Ancaq deyirlər ki, lisenziya şərtlərinə cavab vermirlər. Bizə çox qəribə gəlir ki, İcraiyyə Komitəsi niyə illərdi futbol adamlarının qarşısını kəsir? Bəlkə idarəçilikdə problem var və İcraiyyə Komitəsi tələb etsin ki, idarəçiliklərinə başqa adamlar salınsın? 

– Bütün fikirlərinizə hörmətlə yanaşıram. Tam söhbətin içində deyiləm.  “Xəzər” rəhbərliyi ilə görüşməmişəm. Sadəcə, kiçik detallara baxıram. Bu komandanın sənədləşməsinə diqqət yetirdim, idman prinsiplərini əsas götürdüm ki, 1-ci yeri tutubsa, Premyer Liqaya çıxmağa haqq edibsə, o çıxsın. Problem varsa, onda digər qərar qəbul olunur. Məndə olan məlumata görə, “Xəzər”in “bank təminatı” yoxdu. Bilirsiniz ki, Premyer Liqanın öz bank təminatı olmalıdı, I Divizionun öz təminatı. Təbii ki, bu zaman məbləğ fərqli olur. Əlbəttə, sponsor göstərilməlidi. O da göstərilməyib. Kimdi sponsor, hansı şirkətdi, idarədi, göstərilməyib. Görəndə ki, bunlar yoxdu, ciddi fikir bildirə bilmərəm. İdman prinsipləri odu ki, reqlament varsa, ona uyğun hərəkət edək. Hamının marağı olmalıdı ki, Premyer Liqaya çıxsın. Hətta milli komandaya bəzi futbolçuları çağıranda onlara bildirmişdim ki, bəzən rahat olurar, deyirlər, onsuz da milli komandaya çağırılıram. Oynasam da, oynamasam da. Belə fikir istər-istəməz futbolçuda formalaşır. Klublar da belədi. Aşağı düşürsə, fikiləşir ki, onsuz da Premyer Liqada qalıram. Bu, neçə ildi davam edir və hansıda addım atılmalı idi.


Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …