Bazar , Yanvar 16 2022
Ana səhifə / İdman / Rövnəq Abdullayev Prezidentin “Qarabağ”la görüşünə çağırılmadı

Rövnəq Abdullayev Prezidentin “Qarabağ”la görüşünə çağırılmadı

Bu gün Prezident İlham Əliyev UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə əldə edən “Qarabağ” klubunu qəbul edib. Maraqlıdır ki, görüşə AFFA rəhbərliyi dəvət olunmayıb. Nə AFFA prezidenti Rövnəq Abdullayev, nə də icraçı vitse-prezident Elxan Məmmədov qəbulda olub.

Qafqazinfo” xəbər verir ki, indiyə qədər ölkə başçısı “Qarabağ” klubunu iki dəfə qəbul edib. Həmin görüşlərin hər ikisində AFFA rəhbərliyi də yer alıb.
İlk dəfə 2014-cü ildə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” dövlət başçısı tərəfindən qəbul edilmişdi. Həmin görüşdə həm AFFA prezidenti Rövnəq Abdullayev, həm baş katib Elxan Məmmədov, həm də PFL prezidenti Ramin Musayev iştirak etmişdi.

Prezident “Qarabağ”la ikinci dəfə 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra görüş keçirmişdi. Həmin vaxt da AFFA prezidenti Rövnəq Abullayev Ağdam klubu ilə birlikdə qəbulda yer almışdı.

Bugünkü qəbulda “Qarabağ”la birlikdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

Həmçinin oxuyun

Aleksandr Səmədov Azərbaycan millisini seçməməsinin səbəbini açıqlayıb

“Azərbaycana böyük hörmətlə yanaşıram, çünki köküm oradandır, atam bu ölkədə anadan olub”. Bunu Rusiya milli …