Ana səhifə / İdman / Rövnəq Abdullayev: Haqqınızı halal edin

Rövnəq Abdullayev: Haqqınızı halal edin

“Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm”.

Bu sözləri AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev deyib. Funksioner 20 ildir Azərbaycan futbolunda çalışdığını bildirib:

“Bu illər ərzində Ermənistan təmsilçisi “Pünik”ə qarşı tarixi qələbəmizi çox yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Bunlar xoş məqamlardır. Təbii ki, məyusedici hisslər də var.

Futbola dəstəyinə görə ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür. Onun sayəsində klublarımız sabit çıxış edirlər, maliyyə problemi yaşamırlar. Artıq liqamızın da səviyyəsi artıb”.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …