Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / İdman / Ronaldunun 600-cü qolu “Yuventus”u məğlubiyyətdən xilas edib – VİDEO

Ronaldunun 600-cü qolu “Yuventus”u məğlubiyyətdən xilas edib – VİDEO

“İnter” İtaliyanın çempionatının 34-cü turunun matçında “Yuventus”la qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Hesabı birinci hissənin əvvəlində milanlılar açıb – yarımmüdafiəçi Raca Naynqolan fərqlənib.

Klub səviyyəsində özünün 600-cü qolunu vuran portuqaliyalı futbolçu Kriştianu Ronaldu oyununun ikinci yarısında hesabı bərabərləşdirib.

Hazırda “Yuventus” aktivindəki 88 xalla A seriyasının yarış cədvəlində birinci yeri tutub. Daha əvvəl turinlilər İtaliyanın çempionu titulunu təmin ediblər.

Altmış iki xalı olan “İnter” isə siyahıda üçüncü yerdə qərarlaşıb.

Daha əvvəl Kriştianu Ronaldu gələn mövsüm “Yuventus”da qalacağını bildirib.


Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …