Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Ronaldu növbəti dünya çempionatında oynaya bilər

Ronaldu növbəti dünya çempionatında oynaya bilər

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldu növbəti dünya çempionatında oynaya bilər.

APA “Marca”ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etmək istəyir. Bildirilib ki, Ronaldu komandasının Qətərdəki uğursuz çıxışı ilə barışmaq istəmir.

Argentinanın qələbəsi portuqallar üçün xüsusilə çətin olub.

İndi Kriştianonun məqsədi növbəti dünya futbol çempionatında oynamaqdır.

Qeyd edək ki, 2026-cı ildə Kriştiano Ronaldunun 41 yaşı tamam olacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …