Sosial şəbəkədə biz:
Ronaldu gedir: 2026-cı il dünya çempionatı sonuncu yarışı olacaq
Xəbər Şəkli

Ronaldu gedir: 2026-cı il dünya çempionatı sonuncu yarışı olacaq

12 November 2025, 08:30
İdman

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının onun peşəkar karyerasında sonuncu yarış olacağını təsdiqləyib.

Bu barədə o, Səudiyyə Ərəbistanında keçirilən turizm forumunda bildirib.

"Bəli, bu, doğrudur. Həmin vaxt mənim 41 yaşım olacaq. Daha əvvəl də dediyim kimi, sadəcə anın dadını çıxarıram", – deyə Ronaldu söyləyib.

40 yaşlı Ronaldu "Qızıl top" mükafatının beşqat qalibidir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-da keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.