Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Ronaldu 300-cü qolunu vuraraq “Real”ın qalib gəlməsinə kömək edib

Ronaldu 300-cü qolunu vuraraq “Real”ın qalib gəlməsinə kömək edib

İspaniyanın futbol çempionatının 27-ci turu çərçivəsində “Real” “Xetafe”ni qəbul edib.

Matç 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb.

Meydan sahiblərinin heyətində Qaret Beyl (24-cü dəqiqədə) və Kriştian Ronaldu (45, 78-ci dəqiqədə) fərqləniblər. Qonaqların heyətində Fransisko Portilyo (65-ci dəqiqədə) penalti ilə hesab arasındakı fərqi azaldıb.

Ronaldu bununla İspaniya çempionatındakı 286 oyunda 300-cü və 301-ci qolunu vurub. Portuqaliyalı oyunçu turnirin tarixində qollarının sayına görə ikinci olub.

“Real” bununla 54 xal toplayaraq, turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. “Xetafe” isə 36 xalla 10-cu yerdə mövqe tutub. (Report)

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …