Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / Ronaldoya fantastik təklif – 5 ilə 300 milyon avro

Ronaldoya fantastik təklif – 5 ilə 300 milyon avro

Fransanın “Pari Sen-Jermen” klubu İspaniyanın “Real” komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə müqavilə imzalamaq və ona beş il üçün 300 milyon avro ödəmək niyyətindədir.

TASS-ın məlumatına görə, 32 yaşlı hücumçunun “Real” klubu ilə müqaviləsi iyunun 30-da bitməlidir. İspaniya KİV-lərinin məlumatına əsasən, futbolçu bu klubdakı məvacibindən narazıdır.

PSJ-nin təklif etdiyi məbləğ isə argentinalı Leonel Messinin “Barselona” klubunda qazandığı vəsait ilə müqayisə olunur. Fransızların artıq Ronaldo ilə danışıqlara başladığı bildirilir.

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …