Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Ronaldonun debüt tarixi müəyyənləşdi

Ronaldonun debüt tarixi müəyyənləşdi

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi tarix müəyyənləşib.

Bu haqda “L’Equipe” nəşri məlumat yayıb. Onun yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacağı bildirilir. Həmin gün rəqib “Əl-İstiqlal” komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

O vaxta qədər portuqaliyalı hücumçuya İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda qoyulmuş iki oyunluq cəzanın müddəti başa çatacaq.

Ronaldo daha əvvəl 2023-cü ildə “Əl Nəsr”in ilk matçını buraxmışdı. Həmin görüşdə komanda “Əl-Tai”ni məğlub edib (2:0). Növbəti oyunda “Əl-Nəsr” yanvarın 14-də “Əl-Şəbab”la qarşılaşacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …