Ana səhifə / İdman / Ronaldodan 14,7 milyon dollarlıq etiraf

Ronaldodan 14,7 milyon dollarlıq etiraf

“Real” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatına kimi vergidən yayınması ilə əlaqədar açılan işləri həll etmək niyyətindədir.

Goal  xəbər verir ki, ulduz futbolçu 14,7 milyon avro cərimə ödəməyə hazırdır.

O, vəkili vasitəsilə məhkəməyə göndərdiyi məktubda vergi qanunvericiliyinin 4 bəndini pozduğunu etiraf edib.

Qeyd edək ki, Ronaldo ilk dəfə 2017-ci il 31 iyulda məhkəmədə ifadə vermişdi. Dövlət ittihamçısı onun 14,7 milyon avro cərimə ödəməsini tələb etmişdi.

Vergi orqanları isə hesab edir ki, ödəniş 25,7 milyon avro olmalıdır. Hücumçu ilk öncə 3,8 milyon avro ödəməyi təklif etsə də, rədd cavabı almışdı.

Həmçinin oxuyun

“Bəlkə Mxitaryanın dalınca özəl təyyarə və iki qırıcı yollayaq?” – Azad Rəhimov

Gənclər və idman naziri Azad Rəhimov CNN telekanalına müsahibəsində bildirib ki, Azərbaycan “Arsenal”ın futbolçusu Genrix …