AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Canluici Buffon bildirib ki, oyundan öncə çox həyəcan keçirir və Kriştianu Ronaldo onun yuxusuna girir.

Məşhur qapıçı daha sonra “Ronaldo ilə qarşılaşmaq mənə yuxusuz gecələr verir, o mənim yuxuma girir”, deyə bildirib.