Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Ronaldo Pelenin rekordunu üstələdi

Ronaldo Pelenin rekordunu üstələdi

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo futbol tarixinin ən yaxşı bombardiri olub.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) məlumat yayıb.

IFFHS yalnız rəsmi oyunlarda ən yüksək səviyyədə vurulan qolları nəzərə alıb.

Portuqaliyalı hücumçu son olaraq İtaliya çempionatının 24-cü turunun “Verona” ilə matçda (1:1) fərqlənib. Bu, 36 yaşlı hücumçunun karyerasında 766-cı qolu olub. Bununla da Ronaldo bu göstəricidə rekordçu Peleni geridə qoyub. Braziliyalı əfsanə karyerasında 765 dəfə qol vurub.

Qeyd edək ki, Ronaldo bu mövsüm “Yuventus”da 29 matça çıxıb, 26 qol vurdu və 3 məhsuldar ötürmə verib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …