Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / İdman / Ronaldo “Mançester Yunayted”ə qələbə qazandırdı

Ronaldo “Mançester Yunayted”ə qələbə qazandırdı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub.

Son oyun gününə 4 qrupda 8 qarşılaşma keçirilib. 

E qrupunda “Barselona” “Dinamo”nu (Kiyev) qəbul edib və qrupda ilk qələbəsini qazanıb – 1:0.. “Bavariya” isə “Benfika”nın qonağı olub. Almaniya klubu səfərdə darmadağınla qalib gəlib – 4:0. 

“Mançester Yunayted” “Atalanta”nı qəbul edib. İngiltərə təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.  Qrupun digər qarşılaşmasında “Vilyarreal” səfərdə “Yanq Boyz”a 4:1 hesabı ilə qalib gəlib..

H qrupunda turnirin son qalibi olan “Çelsi” İngiltərədə İsveç “Malmö”sünü darmadağın eib – 4:0. Qrupun digər oyununda İtaliya “Yuventus”u Rusiyada “Zenit”dən üstün olub – 1:0.

Çempionlar Liqası

III tur

20 oktyabr

E qrupu

20:45. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:0 

Qol: Jerar Pike, 36

23:00. “Benfika” (Portuqaliya) – Bavariya” (Almaniya) – 0:4

Qollar: Leroy Sane, 70; 85, Everton, 80 (avtoqol), Robert Levandovski, 82

F qrupu

23:00. “Yanq Boyz” (İsveçrə) – “Vilyarreal” (İspaniya) – 1:4

Qollar: Meşak Elia, 77 – Yeremi Pino, 6, Jerar Moreno, 16, Alberto Moreno, 88, Samuel Çukvueze, 90+2

23:00. “Mançester Yunayted” (İngiltərə) –  “Atalanta” (İtaliya) – 3:2

Qollar: Markus Reşford, 53, Harri Maquayr, 75, Kriştianu Ronaldu, 81 – Mario Paşaliç, 15, Merih Demiral, 29

G qrupu

20:45. “Zaltsburq” (Avstriya) – “Volfsburq” (Almaniya) – 3:1

Qollar: Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 – Lukas Nmeça, 15

23:00. “Lill” (Fransa) – “Sevilya” (İspaniya) – 0:0

H qrupu

23:00. “Çelsi” (İngiltərə) – “Malmö” (İsveç) – 4:0

Qollar: Andreas Kristensen, 9, Jorjinyo, 21 (pen.); 57 (pen.), Kay Haverts, 48

23:00. “Zenit” (Rusiya) – “Yuventus” (İtaliya) – 0:1

Qol: Deyan Kulusevski, 89

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …