“Əl-Nəsr”və Portuqaliya millisinin 38 yaşlı hücumçusu Kriştiano Ronaldo dünyada ilk dəfə İnstaqramda 600 milyon izləyici toplaya bilib.
İkinci yeri Amerikanın “İnter Mayami” klubunun 36 yaşlı hücumçusu, argentinalı dünya çempionu Lionel Messi tutur – 482 milyon istifadəçi.
Ronaldonun dublu sayəsində “Əl-Nəsr” Ərəb Çempionlar Kubokunu qazanıb. 6 qolla portuqaliyalı “Qızıl buts”u alaraq turnirin bombardiri olub.