Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Ronaldo: “Böyük qələbədir”

Ronaldo: “Böyük qələbədir”

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun “Əl Raed” ilə oyununu (4:0) dəyərləndirib.

Qol.az xəbər verir ki, portuqaliyalı futbolçu İnstaqram səhifəsində bu barədə yazıb: “Böyük qələbədir. Komanda əladır! Azarkeşlərimizə xüsusilə təşəkkür edirəm. Onlar hər zaman olduğu kimi inanılmaz idilər”.

Qeyd edək ki, Ronaldo görüşün 4-cü dəqiqəsində komandasının ilk qolunu vurub. O, son 3 matçda fərqlənə bilməmişdi.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …