Ana səhifə / İdman / Ronaldinyo koronavirusa yoluxdu

Ronaldinyo koronavirusa yoluxdu

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo koronavirus infeksiyasına yoluxub.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur idmançı bu barədə “İnstaqram” səhifəsində yazıb.

“Testi keçdim və o müsbət nəticə göstərdi. Yaxşıyam, xəstəlik simptomları yoxdur”, – 40 yaşlı Ronaldinyo bildirib.

Braziliyalı futbolçu Fransanın PSJ, İspaniyanın “Barselona”, İtaliyanın “Milan” komandalarında çıxış edib. Ronaldinyo iki dəfə İspaniya (2005, 2006) və bir dəfə İtaliya çempionu (2011) olub. “Barselona”nın tərkibində 2006-cı ildə “Çempionlar Liqası”nı qalibi adını qazanıb. 2005-di ildə “Qızıl top” mükafatını alıb.

Braziliya yığması ilə 2002-ci ildə dünya çempionu olub. Yığmada 96 oyun keçirən futbolçu 33 qol vurub.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …