Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İdman / Reynaldo “Qarabağ”da nə qədər qazanacaq? – MƏBLƏĞ

Reynaldo “Qarabağ”da nə qədər qazanacaq? – MƏBLƏĞ

Məlum olduğu kimi, “Qarabağ” braziliyalı Reynaldo dos Santos Silva ilə müqavilə bağlayıb.

Oxu.az həmin futbolçunun Azərbaycanda alacağı maaşın məbləğini öyrənməyə çalışıb.

Futbolçu 2013-2016-cı illərdə Ağdam klubunda oynadığı dövrdən daha az maaş alacaq.

Belə ki, klub 2,5 illik müqavilə bağladığı Reynaldoya ilinə 150 min dollar pul ödəyəcək. Braziliyalı oyunçu Qazaxıstanın “Aktobe” klubunda bundan daha az – 130 min dollar qazanırmış.

Qeyd edək ki, Reynaldo “Qarabağ”dan 2016-cı ilin sonunda ayrılanda bu kluba 250-300 min dollar pul qazandırıb.

Belə ki, 2016/2017 mövsümündə Türkiyə Super Liqasında çıxış edən “Adanaspor” futbolçunun keçidi üçün Ağdam təmsilçisinə bu qədər pul verib.

Həmçinin oxuyun

Yaponların əksəriyyəti Tokio Olimpiadasının ləğvini dəstəkləyir

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək …