Cümə , Oktyabr 23 2020
Ana səhifə / İdman / “Real”ın yeni baş məşqçisi müəyyənləşdi

“Real”ın yeni baş məşqçisi müəyyənləşdi

“Real”ın yeni baş məşqçisinin adı açıqlanıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisini İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi çalışdıracaq. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

İspaniyalı çalışdırcı dünya çempionatından sonra “Real”da işinə başlayacaq. O, bu vəzifədə Zinəddin Zidanı əvəzləyəcək.

Qeyd edək ki,  Xulen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.

Həmçinin oxuyun

Zidanın “Real”dakı taleyini qarşıdakı 2 matç həll edəcək

“Real”ın baş məşqçisi Zinəddin Zidanın komandadakı vəziyyətini düzəltmək üçün şans olaraq iki matç var. “Report” …