Şənbə , Yanvar 16 2021
Ana səhifə / İdman / “Real”ın futbolçusu karyerasını “Sevilya”da davam etdirəcək

“Real”ın futbolçusu karyerasını “Sevilya”da davam etdirəcək

İspaniyanın “Real” klubunun futbolçusu Oskar Rodriges karyerasını “Sevilya”da davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qalibi 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Madrid klubu bu transferdən 15 milyon avro qazanıb. Yarımmüdafiəçinin transfer hüququnun 25 faizi də “Real”da qalıb.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Oskar əsas komandada debüt etməyib. O, son iki mövsümü icarə əsasında “Leqanes”də keçirib. Orta sahə oyunçusu burada 64 matçda 14 qol vurub.

Həmçinin oxuyun

Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları …