Ana səhifə / İdman / “Real” yay transferlərindən məhrum ola bilər

“Real” yay transferlərindən məhrum ola bilər

“Real” futbol klubu koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar yay transferindən məhrum ola bilər.

“Report” xəbər verir ki, bu barədə “Marca” bildirib.

Məlumata görə, pandemiyaya görə yaranmış böhran “Real”da ciddi əks oluna bilər. Klubun maliyyə çətinliklərinə görə yay transfer pəncərəsində heç bir futbolçunu almayacağı istisna olunmur.

Transferlər yalnız klubun böyük sayda oyunçularını sata biləcəyi halda ola bilər. Ancaq bu variant ağlasığmazdır. Çünki bir çox klublar indi oyunçulara pul xərcləməyə hazır deyil.

“Real” İspaniya çempionatının 27 turundan sonra 56 xal toplayaraq ikinci yer tutur. Komanda lider “Barselona”dan 2 xal geri qalır.

Hazırda İspaniya çempionatında mövsüm koronavirus pandemiyasına görə dayandırılıb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …