Ana səhifə / İdman / “Real Madrid” Ronaldunu yenidən kluba qaytarmaq istəyir

“Real Madrid” Ronaldunu yenidən kluba qaytarmaq istəyir

İngiltərənin “Mançester Yunayted” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “Real Madrid”ə qayıda bilər.

Bu barədə “Mirror” məlumat yayıb.

Nəşrin məlumatına görə, “kral” klubu Ronaldunun transferində maraqlıdır. Bir gün əvvəl mediada Kriştianonun Madridə mümkün qayıdışı ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə “Real Madrid”də çıxış edib.

O, bu mövsüm “Mançester Yunayted”in heyətində 28 oyuna çıxıb və 3 qol vurub.

Ralf Ranqnikin yetirmələri 35 turdan sonra 55 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdə qərarlaşıb.

Həmçinin oxuyun

Premyer Liqada çıxış edən klublara nə qədər vəsait ayrılacaq?

Dövlət futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait …