Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / İdman / “Real Madrid” qalib oldu

“Real Madrid” qalib oldu

Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilib.

İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda oynanılan görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edib.

Qarşılaşma “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 37-ci dəqiqədə David Alaba və 65-ci dəqiqədə Kərim Benzema vurublar.

5-ci dəfə Superkuboku qazanan “Real Madrid” bu göstəricidə İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarına çatıb. Hazırda bu 3 komanda titula ən çox sahib çıxan kollektivlərdir.

UEFA Super Kuboku

10 avqust

23:00. “Real Madrid” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 2:0

Qollar: David Alaba, 37. Kərim Benzema, 65

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Qeyd edək ki, UEFA qu qarşılaşmada ilk dəfə Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edib. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyib.

Həmçinin oxuyun

2 futbolçu Azərbaycan millisindən kənarlaşdırıldı

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Mİllətlər Liqasının VI tur matçı üçün …