Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / “Real Madrid”, “Mançester Siti”, “Beşiktaş”… – Bu gecə Çempionlar Liqası oyunları var

“Real Madrid”, “Mançester Siti”, “Beşiktaş”… – Bu gecə Çempionlar Liqası oyunları var

Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək.

4 qrupda oynanılacaq qarşılaşmalar arasında daha çox turnirin son qalibi İspaniya “Real Madrid”i ilə İngiltərə “Tottenhem”i arasındakı görüş diqqət mərkəzində olacaq.

İlk 2 turdan sonra bu komandalar hərəyə 6 xalla H qrupunun ön pillələrindədirlər. Görüşdən qalib ayrılacaq klub 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcək.

İngiltərənin “Mançester Siti” və Türkiyənin “Beşiktaş” klubları da itkisiz irəliləyir.

F qrupundakı “Mançester Siti” hələlik 3 xalı olan İtaliya “Napoli”sini qəbul edəcəksə, G qrupundakı “Beşiktaş” cəmi 1 xala malik “Monako”nun qonağı olacaq.

E qrupu

“Spartak” (Moskva, Rusiya) – “Sevilya” (İspaniya)

“Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə)

Xal durumu: “Sevilya” – 4, “Liverpul” – 2, “Spartak” – 2, “Maribor” – 1.

F qrupu

“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)

“Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna)

Xal durumu: “Mançester Siti” – 6, “Şaxtyor” – 3, “Napoli” – 3, “Feyenoord” – 0.

G qrupu

“Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə)

“Leyptsiq” (Almaniya) – “Portu” (Portuqaliya)

Xal durumu: “Beşiktaş” – 6, “Portu” – 3, “Monako” – 1, “Leyptsiq” – 1.

H qrupu

“Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə)

APOEL (Kipr) – “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: “Real Madrid” – 6, “Tottenhem” – 6, “Borussiya” – 0, APOEL – 0.

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Report.az

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …