Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / “Real Madrid” maaşların azaldılması üçün futbolçularla razılaşdı

“Real Madrid” maaşların azaldılması üçün futbolçularla razılaşdı

İspaniyanın “Real Madrid” klubu maaşların azaldılması ilə bağlı futbolçularla razılığa gəlib.

“Report” “Marca”ya istinadən xəbər verir ki, bunun səbəbi koronavirus pandemiyasına görə gəlirin azalmasıdır.

Anlaşmaya əsasən, hər oyunçunun məvacibi 10 faiz azalıb. Bundan əlavə, Madrid təmsilçisi qış transfer dönəmində yeni futbolçu almağı düşünmür.

Qeyd edək ki, “Real Madrid” La Liqada 16 turdan sonra 33 xalla 2-ci pillədə qərarlaşıb.

Həmçinin oxuyun

“Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurban Qurbanov

“Sabah”ı, Krunoslav Renduliçi təbrik edirəm. Məğlub olduq, bunu qəbul edirəm. Bəlkə də oyuna daha ciddi …