Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Real Madrid” erməni futbolçunu 20 milyon avroya transfer edir

“Real Madrid” erməni futbolçunu 20 milyon avroya transfer edir

“Real Madrid” heyətinə erməni əsilli futbolçu qatır.

Belə ki, İspaniya klubu Moskva “Dinamo”sunda çıxış edən Arsen Zaxaryanın transferi üçün danışıqlar aparır. Madrid təmsilçisi Rusiyada doğulan 18 yaşlı yarımmüdafiəçi üçün “Dinamo”ya 20 milyon avro təklif edib. Bu məbləğ bonuslarla birlikdə 25 milyon avro da ola bilər.Transferin 2022-ci ilin yayında reallaşdırılması gözlənirlir.

Qeyd edək ki, Zaxaryan 2017-ci ildən “Dinamo”da çıxış edir. “Transfermarkt”ın 9 milyon avro qiymət qoyduğu 18 yaşlı futbolçu 2021/22 mövsümündə meydana çıxdığı 18 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında forma geyinmiş Arsen A millidə də 4 oyun keçirib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …