Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Real Madrid” dünya çempionu ilə vidalaşdı

“Real Madrid” dünya çempionu ilə vidalaşdı

İspaniyanın “Real Madrid” klubu qapıçısı Alfons Areola ilə yollarını ayırıb.

“Report” Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müqavilə ilə Fransa PSJ-sinə məxsus olan 27 yaşlı qolkiperin icarə müddəti başa çatıb. “Kral klubu” Areolanı Paris təmsilçisindən almaqdan imtina edib.

Qeyd edək ki, Alfons Areola cari mövsüm 9 rəsmi matçda meydanda olub və 11 qol buraxıb. O, 2018-ci ildə Fransa millisi ilə birlikdə Rusiyada keçirilən dünya çempionatı qazanıb. Areola həmin vaxt yığmanın 3-cü qapıçısı olub.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …