Çərşənbə , Mart 29 2023
Ana səhifə / İdman / “Real Madrid” 100-cü titulunu qazanaraq yeni rekorda imza atıb

“Real Madrid” 100-cü titulunu qazanaraq yeni rekorda imza atıb

İspaniya “Real Madrid”i Avropanın “Top-5” liqalarında çıxış edən və 100 titul qazanan ilk klub olub.

Madrid təmsilçisi bu uğura klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasına 5:3 hesabı ilə qalib gəlməklə yiyələnib.

“Real Madrid”in ən yaxın izləyicisi 98 titulla “Barselona”dır.

Sonrakı pillələrdə “Bavariya” (Almaniya, 82), “Yuventus” (İtaliya, 70), “Liverpul” (68), “Mançester Yunayted” (66) (hər ikisi İngiltərə), “Milan” (İtaliya, 49), “Arsenal” (İngiltərə, 48), PSJ (Fransa, 45) və “İnter” (İtaliya, 43) qərarlaşıb.//report

Həmçinin oxuyun

Millimiz böyük hesabla uduzdu

Azərbaycan millisi növbəti oyununu keçirib. AVRO-2024-ün seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçına çıxıb. Üç …