Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / İdman / Rauf Məmmədov da məğlub oldu

Rauf Məmmədov da məğlub oldu

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb.

Belə ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub.
Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlki turlarda liderlər qrupunda mübarizə aparan təmsilçimiz 7-ci pilləyə enib.
Digər şahmatçılarımızdan Aydın Süleymanlı İngiltərə təmsilçisi Lorin Dkostaya qalib gəlib. Nicat Məmmədovun türkiyəli Mustafa Yılmaz, Nicat Abbasovun yerli idmançı Qudmundur Kyartansson, Read Səmədovun isə Lubomir Ftacnik ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.Yarışın başa çatmasına 1 tur qalmış N.Məmmədov 7 xalla 14-cü, A.Süleymanlı 6 xalla 44-cü pillədədirlr. N.Abasov və R.Səmədov isə 5,5 xalla 55-82-ci yerləri bölüşürlər.

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …