Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / İdman / Ramil Şeydayev İçəri Şəhərdə uşaqlarla futbol oynadı – VİDEO

Ramil Şeydayev İçəri Şəhərdə uşaqlarla futbol oynadı – VİDEO

Azərbaycan millisinin və Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev Bakıdan paylaşımı ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, 23 yaşlı hücumçu yığmanın oyunlarından sonra paytaxtda bir neçə gün istirahət edib. Amma Şeydayev bu müddətdə də futbolsuz qalmayıb. O, İçəri Şəhər küçələrində uşaqlarla futbol oynayıb.

Forvard həmin vaxt dronla çəkilmiş videosunu paylaşaraq “Hələlik, Bakı” yazıb. Bu görüntülər Rauf və Faiq Mirzəyev qardaşlarının “Detstvo” (“Uşaqlıq”) mahnısı fonunda çəəkilib.

Qeyd edək ki, Ramil Şeydayev Azərbaycan millisinin Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə oyunlarındakı çıxışı ilə alqışlar qazanıb.


Həmçinin oxuyun

Prezident xanımı ilə bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi …