Ana səhifə / İdman / Ramil Şeydayev dünyada 2022-ci ilin ən yaxşı bombardirləri siyahısında

Ramil Şeydayev dünyada 2022-ci ilin ən yaxşı bombardirləri siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.
Siyahıda ümumilikdə 67 futbolçu yer alıb. Onların arasında “Qarabağ”ın və millimizin hücumçusu Ramil Şeydayev də var.

Ramil ötən il 25 qol vurub. O, Premyer Liqada 18, ölkə kubokunda 4, milli komandada 2, avrokuboklarda isə 1 dəfə fərqlənib. Şeydayev dünya reytinqində 55-ci pillədə qərarlaşıb.
Siyahıya 56 qol vuean PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir. “Mançester Siti”nin və Norveç millisinin üzvü Erlinq Haaland 46 qolla 2-ci pillədə qərarlaşıb. Malayziyanın “Johor” klubunda çıxış edən braziliyalı Berqson isə 46 qolla 3-cüdür.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …