Çərşənbə , Fevral 8 2023
Ana səhifə / İdman / Ramil Şeydayev dünyada 2022-ci ilin ən yaxşı bombardirləri siyahısında

Ramil Şeydayev dünyada 2022-ci ilin ən yaxşı bombardirləri siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.
Siyahıda ümumilikdə 67 futbolçu yer alıb. Onların arasında “Qarabağ”ın və millimizin hücumçusu Ramil Şeydayev də var.

Ramil ötən il 25 qol vurub. O, Premyer Liqada 18, ölkə kubokunda 4, milli komandada 2, avrokuboklarda isə 1 dəfə fərqlənib. Şeydayev dünya reytinqində 55-ci pillədə qərarlaşıb.
Siyahıya 56 qol vuean PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir. “Mançester Siti”nin və Norveç millisinin üzvü Erlinq Haaland 46 qolla 2-ci pillədə qərarlaşıb. Malayziyanın “Johor” klubunda çıxış edən braziliyalı Berqson isə 46 qolla 3-cüdür.

Həmçinin oxuyun

Türkiyədə 30-40 güləşçi dağıntılar altında qalıb

Türkiyəli güləşçi, dünya çempionu Taha Akgül Kahramanmaraşda baş verən zəlzələdən sonra 30-40 güləşçinin olduğu binanın …