Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / Ramil Quliyev: “Son anda əllərimi qaldırmasaydım, Avropa rekordunu qıra bilərdim”

Ramil Quliyev: “Son anda əllərimi qaldırmasaydım, Avropa rekordunu qıra bilərdim”

“Avropa çempionatında son anda əllərimi qaldırmasaydım, Avropa rekordunu qıra bilərdim. Lakin əllərimi qaldırdığım üçün peşman deyiləm. Çünki həmin anda, həyəcandan kimin nə edəcəyi bəlli deyil. Bunu sevindiyim üçün etdim, çempionluğu qeyd etdim. Rekordu qıra biləcəyimi düşünmədim”.

“Report” xəbər verir ki, bunu Almaniyanın paytaxtı Berlində Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa çempionu olan azərbaycanlı atlet Ramil Quliyev “Hürriyet”ə müsahibəsində deyib.

28 yaşlı idmançı Azərbaycan bayrağı altında yarışdığı vaxtları da xatırladıb: “2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış etdiyim vaxt 18 yaşım var idi. İddiasız olaraq yarışa qoşulmuşdum. 2009-cu il dünya çempionatında isə peşəkar yarışım oldu. Təbii ki, həmin final dünya rekordu qırılan çempionat oldu. Çox həyəcanlı və zövqlü idi. Useyn Bolt kimi bir idmançı ilə birlikdə qaçırdım. Onunla aramızdakı məsafə böyük idi. Belə bir yarışda iştirak etmək mənə qürür verirdi. Mənim üçün tarixi bir gün idi. 9 il sonra yenə Berlinə gələndə yaxşı nəticə qazanacağımı bilirdim. Bir il bu yarış üçün çalışdım. Burada birinci olmaq mənim üçün önəmli idi”.

R.Quliyev olimpiya çempionluğunu hədəflədiyini də açıqlayıb: “Mənim bir xəyalım var. Amma bunu gerçəkləşdirmək, sadəcə, bizim əlimizdə deyil. Xəyalım odur ki, Türkiyədə Yay Olimpiya Oyunları keçirilsin və mən də orada qalib olum”.

Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …