Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / Ramil Quliyev qitələrarası dünya çempionatında iştirak edəcək

Ramil Quliyev qitələrarası dünya çempionatında iştirak edəcək

Bu gün azərbaycanlı atlet Ramil Quliyev Çexiyanın Ostrava şəhərində keçiriləcək qitələrarası dünya çempionatında iştirak edəcək.

“Report” xəbər verir ki, 200 metr məsafəyə qaçışda Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan 28 yaşlı idmançı Avropa qitəsinin heyətində yer alacaq.

Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparacaq. Qitələrarası dünya çempionatı sentyabrın 8-9-da keçiriləcək.

Həmçinin oxuyun

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb. İdman.biz xəbər verir ki, planetin 500 ən …