Cümə axşamı , İyun 27 2019
Ana səhifə / İdman / Ramil Quliyev qitələrarası dünya çempionatında iştirak edəcək

Ramil Quliyev qitələrarası dünya çempionatında iştirak edəcək

Bu gün azərbaycanlı atlet Ramil Quliyev Çexiyanın Ostrava şəhərində keçiriləcək qitələrarası dünya çempionatında iştirak edəcək.

“Report” xəbər verir ki, 200 metr məsafəyə qaçışda Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan 28 yaşlı idmançı Avropa qitəsinin heyətində yer alacaq.

Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparacaq. Qitələrarası dünya çempionatı sentyabrın 8-9-da keçiriləcək.

Həmçinin oxuyun

Hacı Əliyev: “İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm”

“Rəqiblərimə çox çətinliklə qalib gəldim. Sözsüz ki, onları daha asan məğlub etmək istərdim”. Bunu “Report”un …