Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / İdman / Rafael Ağayev yenə “yapon səddi”nə ilişdi

Rafael Ağayev yenə “yapon səddi”nə ilişdi

Altı idmançımız bu gün mübarizəyə qoşulub

Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının Karate1 Premyer Liqa seriyasından olan son turniri başlayıb.

İlk gündə tatami üzərinə Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), həmçinin Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55kq) çıxıb.

Milli komandanı dəstəkləmək üçün Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri olan Gursel İsmayılzadə və səfirliyin əməkdaşları yarış zalına gəliblər.

Lakin ilk gün millimiz üçün uğursuz olub. Belə ki, komandamızın altı idmançısı yarışı medalsız başa vurub. Xüsusən, beşqat dünya çempionumuz Rafael Ağayevin üçüncü görüşündə onu artıq iki dəfə yenmiş yaponiyalı Ken Nishimuraya 0:1 hesabı ilə uduzması diqqətçəkəndir.

Üstəlik, bundan öncəki Berlin Premyer Liqa yarışında da “Brilyant oğlan”ın finalda “yapon səddi” ilə üzləşib uduzmasını da qeyd etməliyik.

Qeyd edək ki, daha altı idmançımız bu gün mübarizəyə qoşulub. (Oxu.Az)

Həmçinin oxuyun

Siqaretlə şəkli yayılan futbolçumuz: “Bilirəm ki, bu yaxşı hal deyil”

“Sumqayıt” futbol klubunun oyunçusu Xəyal Nəcəfovun “Instagram” profilində əlində siqaretlə şəkli yerləşdirilib. Oxu.Az bu məsələ ilə bağlı 20 …