Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / İdman / Rafael Ağayev də mübarizəni dayandırdı

Rafael Ağayev də mübarizəni dayandırdı

Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

Belə ki, 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda kiprli Panayiotis Loizidesi, ardınca isə slovakiyalı David Podsklanı məğlub edib.

Lakin o, 1/4 finalda Bosniya və Herseqovina təmsilçisi Hamza Turuljaya uduzaraq, yarışla vidalaşıb.

Ötən gün tatami üzərinə çıxan digər Azərbaycan karateçilərindən yalnız Fəridə Əliyeva (+60 kq) medal qazanmaq şansını saxlayır. O, “bürünc” uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib.

Kişilərdən Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq), qadınlardan isə Alya Rzazadə (61 kq) ilə İrina Zaretska (68 kq) yarışı erkən başa vurub.

Fərdi kata yarışlarında isə Roman Heydərov ilk iki mərhələni adlasa da, medal görüşlərinə vəsiqə qazana bilməyib.

Həmçinin oxuyun

UEFA Region Kuboku: “Cəbrayıl” bu gün yenidən “Kolos”la qarşılaşacaq

Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” komandası bu gün ilkin seçmə mərhələnin II qrupunda …