Ana səhifə / İdman / Rəşad Sadıqov:“Bu bir daha onu göstərir ki, onlar aşağı səviyyəli millətdir”

Rəşad Sadıqov:“Bu bir daha onu göstərir ki, onlar aşağı səviyyəli millətdir”

“Vacib səfər oyunu idi. Başa düşürdük ki, şansımızı saxlamaq üçün səfərdən yaxşı nəticə ilə qayıtmalıydıq. “Dudelanj” bundan əvvəlki matçda səfərdə APOEL üzərində qələbə qazanmışdı”.

Bunu Azərbaycan çempionu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

37 yaşlı müdafiəçi Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj”la Lüksemburqdakı görüşündən qayıdan komandanın qarşılanma mərasimində jurnalistlərin suallarını cavablandırıb. R.Sadıqov öncə matç barədə fikirlərini açıqlayıb: “Çalışdıq ki, ilk dəqiqələrdən aqressiv oynayaq. Onları təzyiq altında saxlayaq. Bilirdik ki, rəqib müdafiədən hücumlar qurmağa çalışacaq. İstəyimiz alındı və matçın əvvəlində iki qol vurduq. Bundan sonra daha rahatlaşdıq. Təxribatla bağlı yaranan fasilədən sonra rahatlaşmadıq, boşalmadıq. Oyunumuza davam edib qarşılaşmanı qələbə ilə başa vurduq. Baş verənlərdən sonra daha çox qol vurmaq deyil, oyunda qələbə qazanmaq haqda düşünürdük. Çünki əsas qələbə idi, üç xal idi. 2:0 sürüşkən hesab olduğundan 3-cü, 4-cü topu vurmaq istəyirdik ki, bu da alındı. Digər matçı izlədik. APOEL “Sevilya”ya çox qol imkanı vermədi. Orada daha fərqli oyun gözləyirdik. Bizi onlarla 2 çətin matç gözləyir. Qrupdan çıxmaq istəyiriksə 1/16 final barədə deyil, qarşıdakı görüşü fikiləşməliyik”.

R.Sadıqov ilk hissədə baş verən erməni təxribatı haqda da danışıb: “Bilmirəm onlar kəmdüşüncəlidirlər, ya intelektləri aşağıdır. Ucuz hərəkət edirlər. Guya bizə neylədilər ki? Biz olan yerdə bayraq sancmaq istəyirsənsə, gir meydana sanc. Göydən sallamaq nə deməkdir? Bu bir daha onu göstərir ki, onlar aşağı səviyyəli millətdir, düşüncələri də, psixologiyaları da aşağıdır. Bizə zəifliklərin göstərirlər. Orada halal əziyyətimizlə uğur əldə edirik, bunlar gəlirlər göydə dronla “bayraqlarını” fırlayırlar. Əgər belə hərəkət onlar üçün təsəllidirsə, hər oyun fırlasınlar. Biz də hər dəfə əlimizdən gələn qarşılığı verəcəyik. Necə ki, bunu Lüksemburqda etdik. Mənim üçün o bayraq deyil. O oradan getməli idi ki, biz oynayaq. Sonra hakim bizi meydandan çıxarmaq istəsə də, biz razılaşmadıq. Dedik o “bayraq” stadiondan getsin sonra çıxacağıq. Fasilə yarananda idman naziri gəldi, soyunub-geyinmə otağında dedik ki, belə hal təkrarlansa biz oynamayacağıq. Onlar da təhlükəsizliyi gücləndirdilər və bir də belə hal yaşanmadı. Həqiqətən də ən vacib olan qələbədir. O birilər ucuz şeylərdir. Nə istədiklərin bilmirlər. Etiraz etmək istəyirsənsə, “bayraq”la çıx qabağıma, ya oteldə zəng elə düşək aşağı. Yoxsa oyun zamanı əl-qolumuz bağlıdır. Hər dəfə belə hərəkət edirlər öz başlarında çatlayır”.

O dronun qanunsuz istifadəsinə necə icazə verildiyini bilmədiyini də deyib: “Yəqin ki, məxfi şəkildə hərəkət etdiriblər. Lüksemburqun idman nazirinin səmimiliyinə inanıram. Bizlə söhbət etdi. Dedi ki, burada heç bir bağlılığımız yoxdur. Üzr istəyirik və bir daha təkrarlanmayacaq. Mərkəzdə durduq. Düşündük ki, mərkəzə endirmək istəyirlər. Uşaqlarla danışdıq ki, aşağı endirməsinlər. Əlimiz çatmayan yerdə nə qədər istəyirlər fırlasınlar. Bir sözlə, nə etmək istədiklərini özləri də bilmirlər”.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” matçında təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Azərbaycan çempionu 4:1 hesablı qələbə qazanıb. (apa)

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …