Azinforum.az Qol.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun başçılıq etdiyi komanda “Alanyaspor”un müvafiq yaş qrupu ilə qüvvəsini sınayıb.

Sadıqovun yığmanın sükanı arxasında debüt etdiyi görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimizin Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub.