Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VII tur davam edir.
Azinforum.az Qafqazinfo-ya xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıb.
Partiyadan sonra Teymur Rəcəbov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: “Şəhriyarla dəfələrlə müxtəlif yarışlarda qarşılaşmışıq. Son zamanlar oyunumuz heç-heçə yekunlaşır. Heç-heçələrin sayını bilmirəm. Çünki statistikayla maraqlanmıram. Adətən rəqibə qarşı hazırlaşırıq. Şəhriyarla uzun illər Azərbaycan millisində çıxış edirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Əlbəttə bəzən mötəbər yarışlarda rəqib oluruq, amma bu bizim münasibətə mane olmur”.