Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Rəcəbov ikinci, Məmmədyarov sonuncu oldu

Rəcəbov ikinci, Məmmədyarov sonuncu oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 2-ci yeri tutub.

Belə ki, Rəcəbov sonuncu turda fransalı Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb – 2,5:0,5. İlk partiyada heç-heçə qeydə alınsa da, sonrakı iki qarşılaşmada 34 yaşlı qrossmeyster qələbəyə nail olub. Bu səbəbdən, dördüncü duelə ehtiyac duyulmayıb.
Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə yarışı sonuncu – 10-cu yerdə tamamlayıb. 36 yaşlı şahmatçı son turda Ermənistan təmsilçisi Levon Aronyana eyni hesabla uduzub. Bu dəfə ilk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Çempionlar Turunun qalibi Maqnus Karlsen olub.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …