Çərşənbə , İyul 6 2022
Ana səhifə / İdman / Rəşad Sadıqov: “Transferlərimiz yubanır”

Rəşad Sadıqov: “Transferlərimiz yubanır”

“Komandamızı ürəkdən təbrik edirəm. Həqiqətən də möhtəşəm uğurdur. Turnir ərzində yığmamızı izləyir, dəstəkləyir, qürur hissi keçirirdik. İnanırdıq ki, qrupdan çıxdıqdan sonra uğurlu çıxış etmək olar”.

Bunu oxu.az-a “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionluğu ilə bağlı təşkil olunmuş konsert proqramı zamanı deyib.

40 yaşlı mütəxəsiss əvvəlcə yığmanın çempion olacağına inanmadığını bildirib: “Çünki təcrübəli, daha güclü rəqiblər var idi. Buna baxmayaraq, əzmkar mübarizə aparıb, layiq olduqları çempionluğu qazandılar”.

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə düşmələrinə də toxunan Sadıqov özlərini avrokuboklardakı digər Azərbaycan təmsilçiləri ilə müqayisə etmək istəmədiyini söyləyib: “Bütün komandalarımıza uğurlar arzu edirəm. Əlimizdən gələni edib yaxşı mübarizə aparacağıq. Çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq”.

Davit Volkovun “Zirə”dən incik ayrlması ilə bağlı xəbərlərə də münasibət bildirən baş məşqçi belə bir şey eşitmədiyini vurğulayıb: “Bizimlə müqaviləsi bitdi. Hamı daha yaxşı təklif, daha yaxşı sözləşmə, daha iddialı komanda istəyir. Futbolçunun klubu dəyişməsində müəyyən səbəblər ola bilər. Bu da futbolda olan şeylərdir. Gələcək karyerasında uğurlar arzu edirəm. Yaxşı komandaya gedib. Düşünürəm ki, “Sabah” onun daha da inkişaf etməsində rol oynayacaq. Volkovun komandada qalmasını istəyirdim. O, seçimini etdi. Hörmətlə yanaşırıq”.

Transfer məsələsindən də söz açan mütəxəssis 5-6 yeni oyunçu almaq istdiklərini vurğulayıb: “Amma transferlərimiz yubanır. Səbəb danışıqlar, rəqabət, maliyyə şərtləridir. Demək olar ki, hər bir xəttə yeni futbolçu gətirmək istəyirik. Seleksiyanı necə və nə zaman bitirəcəyimiz çox vacibdir. Bunların hamısı vaxt itkisidir. Nə qədər gec qoşulsalar, onların hazırlığına mənfi təsir edəcək. Ən vacibi yeni transferlərin bizə mümkün qədər tez qoşulmasıdır”.

Həmçinin oxuyun

“Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə başladı – VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb. Belə ki, “köhlən atlar” I təsnifat mərhələsinin ilk oyununda …